Şeyxə orden verildi

23:42 | 22.10.2015
Şeyxə orden verildi

Şeyxə orden verildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "21-ci əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri” mövzusunda 8-ci Beynəlxalq elmi-praktik konfransda iştirak edib.

ANS TV-nin məlumatına görə, konfransın gedişində Allahşükür Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – "Əl-İzzət - Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunduğu barədə fərman elan edilib.

Orden Allahşükür Paşazadəyə İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, eyni zamanda dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə görə təltif olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM