Moskvada Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu başa çatdı

14:20 | 12.11.2015
Moskvada Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu başa çatdı

Moskvada Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu başa çatdı

"Rossiya segodnya” Beynəlxalq İnformasiya Agentliyinin təşkilatçılığı ilə Moskvada Avropa və Asiya media təşkilatlarının VIII forumu başa çatıb. 

Forumun əsas mövzusu "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq” məsələləri olub. Tədbirdə keçmiş 14 postsovet ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) KİV rəhbərləri və media ekspertləri iştirak edib. Forumun açılış iclasında "Rossiya seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyov və baş redaktoru Marqarita Simonyan iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Dmitri Kiselyov müasir jurnalistikanın zamanla ayaqlaşmalı və auditoriyanın tələbinə cavab verməli olduğunu qeyd edib: "Biz dünyada baş verənləri anlatmaqdan imtina edə bilərikmi? Bundan imtina etdikdən dərhal sonra auditoriya bizdən imtina edəcək. İnsanlar özləri və ailələri üçün vacib olan qərarları qəbul etmək məqsədilə müasir dünyanı anlamağa ehtiyac duyurlar”.

Forumun gedişində iştirakçılar keçmiş SSRİ ölkələrinin KİV-in müxtəlif siyasi və iqtisadi şəraitdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Forumun əsas sessiyası çərçivəsində ayrı-ayrı mövzular üzrə müzakirələr keçirilib.

FEAM – 2015 (ФЕАМ – 2015) proqram çərçivəsində RF XİN informasiya və mətbuat departamentinin müdiri Mariya Zaxarova ilə xüsusi sessiya təşkil olunub. Bundan əlavə yazıçı, publisist Viktor Yerofeev və "Zavtra” qəzetin baş redaktoru, "İzborski” klubunun sədri Aleksandr Proxarovun iştirakı ilə sessiya keçirilib. 
"Avrasiya informasiya məkanı: çağırışlar və təhlükələr” mövzusunda keçirilən sessiyada "Kazaxstanskaya pravda” qəzetinin şef-redaktoru Sabit Maldıbayev (Qazaxıstan),  "ARMENPRESS” informasiya agentliyinin baş direktoru Aram Ananyan (Ermənistan), "İzvestiya” qəzetinin baş redaktorunun müavini Boris Mejuyev (Rusiya), Siyasi konyuktura mərkəzinin baş direktoru Sergey Mixeev (Rusiya), Rusiya Dövlət Dumasının MDB məsələri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin müavini Tatyana Moskalkova (Rusiya), "Kabar” milli informasiya agentliyinin direktoru Kuban Taabaldiyev (Qırğızıstan), Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin baş direktoru Valeriy Fedorov (Rusiya) spiker qismində iştirak ediblər. 

"Mediaindustriya: auditoriyanı və imici necə qorumalı” adlı sessiyada "Qaqauzinform” internet portalının rəhbəri AndreyVedutenko (Moldova), "Moskovskiy komsomolets” qəzetinin redaksiyası” QSC-nin və "Moskovskiy komsomolets” nəşriyyat evinin  baş direktoru Pavel Qusev (Rusiya), "Trend” Beynəlxalq informasiya agentliyinin baş direktoru İlqar Hüseynov (Azərbaycan), "Kazinform” Beynəlxalq informasiya agentliyinin baş direktoru Dauren Diyarov (Qazaxıstan), siyasi icmalçı, tarixçi, Research & Branding Group şirkətinin həmtəsisçisi Yevgeniy Kopatko (Ukrayna) çıxış etdilər.

 Forumun 3-cü sessiyası gündəliyin əsas məsələsi olan "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq” mövzusuna həsr edilmişdi. Bu sessiyada "Mir” Dövlətlərarası teleradioşirkətin sədri Radik Batırşin (Rusiya), "Ali iqtisad məktəbi” Milli Araşdırma Universitetinin kommunikasiya, media və dizayn fakültəsinin dekanı Andrey  Bistritskiy (Rusiya), "Baltika forumu” beynəlxalq cəmiyyətin rəhbəri Aleksandr Vasilyevs (Latviya), Tallin televiziyasında "Monitor” verilişinin aparıcısı Rodion Denisov (Estoniya), Belarus Teleqraf Agentliyinin baş direktoru Dmitri Juk (Belarus), "Qovorit Moskva” radiostansiyasının baş direktoru Vladimir Mamontov, "Ekspert şurası” analitik mərkəzin direktoru İskander Xisamov məruzəçi qismində çıxış ediblər.

Avropa və Asiya media təşkilatlarının forumu postsovet məkanında analoqu olmayan MDB, Gürcüstan və Baltikyanı ölkələrin mütəxəssislərinin media sahəsinin tendensiyaları və  inkişafının proqnozlaşdırılması üzrə məsələlərinin müzakirəsi üçün təşkil edilən meydançadır.

Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.

2011-ci ildə Astanada  keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitri Medvedevin və Nursultan Nazarbayevun müraciəti olub. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşüblər.

Builki forum ənənələri davam etdirərək açıq dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradacaq.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM