2016-ci ilin qeyri-iş günləri açıqlandı – RƏSMİ

11:06 | 30.12.2015
2016-ci ilin qeyri-iş günləri açıqlandı – RƏSMİ

2016-ci ilin qeyri-iş günləri açıqlandı – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin iş vaxtı normasını və İstehsalat təqvimini təsdiq edib.

Bu barədə nazirlikdən bildirilib.

"İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli  qərarına  əsasən, 2016-cı ildə 1-2 yanvar  (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8  Mart (Qadınlar günü),  20, 21 , 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü) iş günü hesab edilmir.

Bundan başqa, 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş  günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir”,- deyə nazirlikdən deyilib.

Nazirlikdən bildirilib ki, 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq  beşgünlük  iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun  tarixləri istirahət günləridir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM