Dollar ucuzlaşdı - Məzənnə

09:36 | 28.01.2016
Dollar ucuzlaşdı - Məzənnə

Dollar ucuzlaşdı - Məzənnə

Bu gün yanvarın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0022 manat və ya 0,14% azalaraq 1,6028 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, yanvarın 27-də AMB yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsini 1,6028 səviyyəsində müəyyən edib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,0013 manat və ya 0,07% möhkəmlənərək 1,7445 manatadək artıb.

Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,99% artaraq 0,0205 manat səviyyəsində müəyyənləşib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb