Mərkəzi Bankın valyuta ehtiyatları artıb

11:00 | 07.03.2018
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən "APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM