Havanın temperaturu aşağı düşəcək

12:38 | 28.03.2018
Havanın temperaturu aşağı düşəcək

Havanın temperaturu aşağı düşəcək

Bakı və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə  6-8° isti, gündüz  15-20° isti, Bakıda  gecə  6-8° isti, gündüz  17-19° isti  təşkil edəcək.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 752 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz  19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM