İlham Əliyev 2 sərəncam imzaladı

18:27 | 09.07.2018
İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Canəhmədov Anar Əhəd oğlu
Həbibli Gültəkin Fazil qızı
Kərimov Emil Zülfüqar oğlu
"Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə
Abdullayeva Leyla Yaşar qızı
Hacıyev Hikmət Fərhad oğlu
Süleymanov Nüsrət Süleyman oğlu
Şahhüseynov Elnur Sultan oğlu.
***
İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə teatr sənətinin inkişafına töhfələr vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM