Azərbaycanın ticarət əlaqələri artıb - RƏSMİ

15:44 | 17.01.2023
Azərbaycanın ticarət əlaqələri artıb - RƏSMİ

Azərbaycanın ticarət əlaqələri artıb - RƏSMİ

2022-ci ilin 11 ayında Azərbaycan dünyanın 184 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 172 ölkədən idxal qəbul edilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, 2022-ci ilin yanvar-noyabrında ölkənin xarici ticarət dövriyyəsi 51229,2 milyon ABŞ dolları təşkil edib.
 
Keçən ilin eyni dövrü ilə müqayisədə  xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,9 faiz, o cümlədən ixrac 11,2 faiz, idxal isə 1,2 faiz artım müşahidə olunub.
 
Dövlət Gömrük Komitəsindən bildirilir ki, ölkənin xarici ticarət dövriyyəsinin 36,0 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,6 faizi Rusiya, 3,9 faizi Çin, 3,8 faizi Hindistan, 3,3 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Almaniya, hər biri 2,0 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, 1,9 faizi İspaniya, 1,6 faizi Çexiya, 1,5 faizi Portuqaliya, hər biri 1,4 faiz olmaqla Gürcüstan və İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan və ABŞ, 1,0 faizi Vyetnam, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlar aparılıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb