2023-cü il Bakı və İrəvan arasında normallaşmada sıçrayış ili ola bilər -Əliyev

22:07 | 27.02.2023
2023-cü il Bakı və İrəvan arasında normallaşmada sıçrayış ili ola bilər -Əliyev

2023-cü il Bakı və İrəvan arasında normallaşmada sıçrayış ili ola bilər -Əliyev

2023-cü il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sıçrayış ili ola bilər. Bunu bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Lavrovla Bakıdakı görüşü zamanı deyib.

"Ümid edirəm ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sıçrayış ili olacaq. Hər halda, biz buna ümid edirik", - dövlət başçısı bildirib.

Əliyev Rusiya hökumətinə və şəxsən Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə bu prosesdə fəal iştirakına görə təşəkkür edib.

"Hesab edirəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına yardım etməkdə xüsusi rola malikdir”, - Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün mühüm səylər göstərilib.


"İstənilən halda biz bu düşmənçilik səhifəsini tez bir zamanda çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi, Rusiya tərəfi ilə dost və qonşumuz kimi müsbət və konstruktiv işləmək əzminindəyik”, - deyə dövlət başçısı vurğulayıb.

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan sülh sazisi sənədini Azərbaycana təhvil verib. Rəsmi Bakı isə qeyd edir ki, Ermənistanı sülh prosesini bilərəkdən gecikdirir.
 
Gülnar
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM