2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti 21,8% olub

12:04 | 23.05.2024
2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti 21,8% olub

2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti 21,8% olub

2023-cü ildə Dövlət borcunun ÜDM-ə nisbəti 21,8% və ya ortamüddətli dövr üçün müəyyən edilən hədəf çərçivəsində olub. Bunu Azərbaycan mailiyyə naziri Samir Şərifov bildirib. 


"Beynəlxalq konyuktura Azərbaycan üçün əlverişli olub. Belə ki, dövlət büdcəsində neftin bir barrelinin  60  dollar nəzərdə tutulduğu halda dünya bazarında Azərbaycan neftinin qiyməti orta hesabla 86 dollar olub və əlavə gəlirlərimizə müsbət təsir edib”, - Şərifov bildirib.


Onun sözlərimə görə, dövlət borcunun ÜDM-ə olan nisbəti 30 faizdən çox olmamalıdır. 


"Bizim xarici borcumuz onsuz da aşağı səviyyədədir. Azərbaycanın dövlət borcu 5,5 milyard dolıar təşkil edir ki, bu da mühafizəkar borclanma siyasəti aparmaqla vacib infrastruktur layihələrini icra etməyə imkan verir”, - Şərifov əlavə edib.


Onun sözlərinə görə, 2023 -cü ilin sonuna ölkənin məcmu valyuta ehtiyatları ötən il ilə müqayisədə 17,1 % artaraq 68,5 miyard dolları ötüb. Bu ÜDM -in 94,7 faizinə bərabər olmaqla  xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələyib.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb