Ermənistan mətbuatında Azərbaycan Ordusunun Avropa İttifaqının müşahidəçilərinə atəş açması xəbəri dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür", - məlumatda qeyd olunub.
Avropa İttifaqı "X" platformasında paylaşım edərək bildirib ki, Avropa İttifaqının müşahidəçiləri atəşə tutulub, lakin kimlər tərəfindən tutulduğu məlum deyil.
Avqustun 15-də Ermənistan mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadan xəbər yazaraq bildirib ki, Azərbaycan Ordusu sərhəddə müşahidəçi olan Avropa İttifaqının işçilərinə və maşınlarına atəş açıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !