Sabah günün birinci yarısında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !