Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

12:57 | 22.09.2024
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

 
Azərbaycanda faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 22-si saat 09:00-a olan məlumatına əsasən, bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şahbuz, Culfada 2 mm, Şahdağ, Xaçmaz, Qusar (Laza), Göygöl, Daşkəsən, Astara, Şərur, Naxçıvanda 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 29, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM