Azərbaycan ordusunun əsgəri həlak olub

19:38 | 09.11.2024
Azərbaycan ordusunun əsgəri həlak olub

Azərbaycan ordusunun əsgəri həlak olub

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.Bu barədə hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Qafqazinfo” ya bildirib.
 
"Hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüşdür.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin”, - o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM