• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Prezident elektrik enerjisi və su təchizatı ilə bağlı fərman imzalayıb

Prezident elektrik enerjisi və su təchizatı ilə bağlı fərman imzalayıb
23.11.2024 18:10
Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə "Azərenerji” və "Azərişıq” ASC-lərə ötürülməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi, eləcə də müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bundan başqa, Fərmanla bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vətəndaşlar bundan sonra MRT və KT üçün 20% ödəniş etməli olacaqlar
Cəmiyyət 14:44
Vətəndaşlar bundan sonra MRT və KT üçün 20% ödəniş etməli olacaqlar
Göl qurudularaq yerində evlər tikilir - Video
Cəmiyyət 11:01
Göl qurudularaq yerində evlər tikilir - Video
Pakistan və Hindistan sərhəddində atışma olub
Cəmiyyət 10:33
Pakistan və Hindistan sərhəddində atışma olub
Slavyan universitetinin professoru evində ölü tapılıb
Cəmiyyət 10:20
Slavyan universitetinin professoru evində ölü tapılıb
Bəzi çaylarda sululuq artıb
Cəmiyyət 09:51
Bəzi çaylarda sululuq artıb
Yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:54
Yollarda tıxac var - Siyahı
Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib
Cəmiyyət 23:48
Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib
Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq
Cəmiyyət 23:02
Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq
Rəşad Dağlıya görə "Space TV"yə xəbərdarlıq edilib
Cəmiyyət 22:50
Rəşad Dağlıya görə "Space TV"yə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol