26 polis işdən çıxarılıb

17:26 | 05.03.2018
26 polis işdən çıxarılıb

26 polis işdən çıxarılıb

Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb.

Modern.az xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki,  daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb