Yəqin ki, bu foto sosial şəbəkədən çoxumuzun qarşısına çıxıb. 21 həftəlik dünyaya gələn və yaşamaq mübarizəsi verən balaca qızcığaz.
ANN.Az xəbər verir ki, Amilia Taylor 284 qram çəkidə dünyaya gələn və insanları balaca boyu ilə heyrətə salan möcüzə bir uşaqdır.
Bu körpə dünyaya gələndə 21 həftəlik olub. Bu uşağın dünyada qalmasına səbəb isə anasının yalan danışması olub. Doğum zamanı ana həkimlərə inadla bildirib ki, uşaq 21 həftəlik yox, 24 həftəlikdir. Bundan sonra isə həkimlər balaca qızcığazın həyatda qalması üçün əllərindən gələni əsirgəməyiblər.
Ana Sonya deyir ki, qızımı ilk gördüyümdə onun həyatda qalacağını bilirdim və ona görə də, həkimlərə yalan danışdım.
Həkimlər isə uşağın həqiqi yaşını 1 aydan sonra anlamışdılar. Balaca Amilia 4 ay xəstəxanada qaldıqdan sonra evə buraxılmışdı. Hazırda o, çox sağlamdır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !