Tovuz rayonunda qohumlar arasında dava düşüb.
Anews.az ARB TV-yə istinadən xəbər verir ki, dava nəticəsində hamilə qadın xəsarət alıb.
Hadisə rayonun Köhnə Qala kəndində baş verib. 29 yaşlı Sevinc Allahverdiyeva qaynının qaynı tərəfindən döyülüb.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Həyat yoldaşı: "Yoldaşım qardaşımın qaynı və qayınanası tərəfindən döyülüb. Hamilə idi. Təpik vurdular".
Faktla bağlı araşdırma aparılır.
Videonu izləmək üçün şəklə klikləyin:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !