“3 günlük müharibə”nin daha bir kritik səbəbi - TƏHLİL

10:29 | 16.08.2014
“3 günlük müharibə”nin daha bir kritik səbəbi - TƏHLİL

“3 günlük müharibə”nin daha bir kritik səbəbi - TƏHLİL

Həm Azərbaycanı, həm dəErmənistanı həvəslə silahlandıran Rusiya bu yolla hərbi balansınqorunub-qorunmadığına əminlik hasil edə bilərdi; "Qarabağda vəziyyətikim gərginləşdirib” sualı açıq qalsa da, "rus barmağı” getdikcə dahaaydın görünür... 

Ötənayın sonu-bu ayın əvvəllərində Qarabağ münaqişəsi zonasında vəziyyətinqəfildən kəskin şəkil alması, az qala ağır hərbi texnikanın işəsalınması dərhal bir neçə mühüm sualı gündəmə daşıdı. Onların çoxunacavab tapılsa da, əsas sual hələ ki, açıq qalır. Bu da ondan ibarətdirki, "3 günlük müharibə”nin əsas sifarişçisi kim olub, "mini-savaş”da ənçox kim maraqlı ola bilərdi - Rusiya, ABŞ, yoxsa münaqişə tərəflərindənhansısa biri?Rusiya rəsmilərinə və nüfuzlu təhlilçilərinə inansaq,Moskva hadisələrin bu cür inkişaflında, yəni status-kvonun kardinalşəkildə pozulmasında maraqlı ola bilməzdi. Motiv belədir ki, Ukraynadakıqəliz vəziyyət üzündən Rusiyaya postsovet məkanının hansısa başqabölgəsində, xüsusən də Avropaya doğru mühüm enerji arteriyalarınınkeçdiyi Güney Qafqazda Qərbə qarşı "ikinci cəbhə” açmağa risk eləməz,bu, ona indi lazım da deyil.

Bəzimoskvalı analitiklər Soçi görüşünü məhz belə bir qeyri-istəyin təsdiqi,ayrı sözlə, Moskvanın narahatlığının təzahürü kimi qələmə verirlər.Rusiyalı, həmçinin də bir sıra rusiyayanlı erməni politoloqlarına, eləcədə bir qisim azərbaycanlı təhlilçilərə görə, atəşkəsin geniş miqyaslıpozuntusu Qərbin, ilk növbədə də ABŞ-ın "əl işi” ola bilərdi. Həttaiddia səsləndi ki, guya Vaşinqton "blits-müharibə” ilə ilk öncə ipə-sapayatmayan və Kremlin quyruğunda sürünən Ermənistanın daxilindəgərginliyə, "rəngli inqilab”a rəvac verib, son nəticədə onu hazırdazəifləmiş durumda olan Rusiyanın orbitindən nəhayət, çıxarmaq istəyir.
Azərbaycanaisə belə bir lokal qarşıdurma Qarabağ ixtilafının tezliklə həllivacibliyini dünyaya nümayiş etdirmək, mövcud status-kvonun qalmasının nədərəcədə riskli olduğunu göstərmək üçün gərək ola bilərdi. Amma çətinki, rəsmi Bakı Moskvadan və ya Vaşinqtondan rüsxət almamış buna getsin.Kimdən? Kritik sual da budur.
İlkbaxışda bu sualın cavabını Soçi görüşü ilə özünü sülhpərvər kimisığortalamaq istəyən Rusiyada axtarmaq lazım gəlmir. Ancaq bu, zahirənbelədir. Artıq neçə vaxtdır yazdığımız kimi, "mini-müharibə” Moskvaya ənəvvəl Azərbaycana, Qərbə ünvanlı əzələ nümayişi üçün lazım ola bilərdi.Ehtimallara əsasən, Kreml bununla Amerikaya "müharibəni istənilən anbaşlayaram da, Əliyevlə Sərkisyanı istənilən an yanıma çağıraram da” vəya "Qafqazın ağası mənəm, Rusiya heç də zəifləməyib” ismarışı olabilərdi. Ayrı sözlə, Soçi danışıqları Kremlin müharibə narahatlığı ilədeyil, əslində "mini-müharibə” ilə güc nümayişi blits-gedişininakkordunu vurmaq zərurəti ilə ilgili olub.
"3günlük müharibə”də məhz Kremlin, Putinin maraqlı ola biləcəyinə dairdaha bir versiya ortaya çıxıb: bəzi müşahidəçilərə görə, bu avantüraRusiyaya münaqişə tərəfləri arasında hərbi paritetinqorunub-qorunmadığına əyani əminlik hasil eləmək üçün faydalı olabilərdi. Çünki Moskvaya konflikt tərəflərindən hansısa birinin aşkarhərbi üstünlüyü yox, sadəcə, idarə olunan konflikt lazımdır.
Hərhalda fakt budur ki, Azərbaycana dünya qiymətləri ilə müasir döyüşmaşınları, "T-92" tankları, ”Smerç"lər satan və yaxşı paralar qazananRusiya, müttəfiqi Ermənistanı da unutmur, ona da aşağı qiymətə olsabelə, həmin döyüş maşınları, "T-92" əleyhinə müasir sistemlər ötürür ki,balans qorunsun. Eyni zamanda münaqişə tərəflərinin öz aralarında sülhəgəlmə ehtimalı sıfıra yaxın olsun və onların Moskvadan hərbi-texnikiasılılığı davam eləsin. Çünki Rusiyaya təkcə Ermənistan yox, Azərbaycanda lazımdır.
Bu xüsusda əcnəbi ekspertlərindənbirinin aşağıdakı fikri kifayət qədər aktual hesab oluna bilər:"Ermənistanla Azərbaycanı silahlandıran Rusiya tamamilə mümkündür ki,son hərbi toqquşmaların mərkəzində durub. İstisna deyil ki, Putin birgüllə ilə azı, iki dovşan vurub: həm Qərbi yeni regional konfliktləhədələyib, həm də erməniləri inandırıb ki, onlara Rusiyanın himayəsilazımdır. Məsələ də ondadır ki, Rusiya heç zaman Ermənistanın əsl dostuolmayıb, o ki ola Azərbaycanın. Əgər Putinin imkanı olsaydı, o yenidənbu iki dövləti Rusiyanın əyalətinə çevirərdi (zatən, Ermənistan onsuz daəyalətdi - s.s.)”.

Bizcə, əlavə şərhə ehtiyac qalmır. //musavat.com

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM