35 məntəqə seçki komisiyyası buraxılıb - MSK

12:55 | 16.09.2024
35 məntəqə seçki komisiyyası buraxılıb - MSK

35 məntəqə seçki komisiyyası buraxılıb - MSK

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində nəticələrin etibarsız sayıldığı 35 məntəqə seçki komissiyası buraxılıb. Bu barədə Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında qərar qəbul edib. 
 
Mərkəzi Seçki Komissiyanının sədr müavini Rövzət Qasımov bildirib ki, bəzi dairələr üzrə nəticələr ləğv olunmalıdır. 
 
"Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”, - o bildirib. 
 
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
 
Mərkəzki Seçki Komissiyası seçkilərdə pozuntu aşkarladığı bir neçə məntəqənin nəticələrini ləğv edib. Bu gün yekun qərardan sonra nəticələr protokolaşdırılaraq Konstitusiya Məhkəməsinə göndəriləcək. 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM