4 ayda xaricə qaz satışı azalıb

09:44 | 14.05.2024
4 ayda xaricə qaz satışı azalıb

4 ayda xaricə qaz satışı azalıb

2024-cü ilin yanvar-aprelində Avropaya 4,2 milyard m3, Türkiyəyə 3,2 milyard m3, Gürcüstana isə 1,1 milyard m3 qaz ixracı olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib.
 
O qeyd edib ki, bu dövrdə TANAP-la Türkiyəyə 1,8 mlrd.m3 qaz nəql edilib.
 
Onun sözlərinə görə, 4 ayda xaricə qaz satışı ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur.
 
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə təbii qaz Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşınır. 
 
Boru kəmərinin tikintisinə 2014-cü ildə başlanıb.
 
TANAP layihəsinin 5 ildə reallaşması nəzərdə tutulan layihə dəyəri 7 milyard ABŞ dollarıdır. 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihənin il mərhələsi 2018-ci ildə başa çatıb.

2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr olub.
 
2026-cı ildə isə onun buraxılış qabiliyyəti ildə 31 milyard kubmetrə çatdırılacaq. 
 
TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri Eskişehrədək 56 düym, ondan sonra 48 düym, dəniz dibində isə 36 düym nəzərdə tutulub. TANAP layihəsinin Eskişehrədək hissəsinin işə düşməsi 2018-ci ildə baş tutub, 30 iyun 2018-ci il tarxində ilk kommersiya qazı çatdırılıb.
 
2019-cu ilin aprelində  TANAP 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.
 
2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min dollara (artım 66,7%) 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 faiz artım) ixrac edib.

Azərbaycanın "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildə daxil olub.

Aygün Mirakif
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM