4 hərbi yük maşını toqquşub: 1 ölü, 14 yaralı var

11:26 | 30.09.2019
Ermənistan ordusunun 4 hərbi yük maşını magistral yolda toqquşub.

BAKU.WS xəbər verir ki, 3 "KamAZ" və 1 "ZİL" markalı avtomobiln toqquşması nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.


Toqquşan avtomobillərin hamısı Ermənistan Müdafiə Nazirliyinə məxsus olub.

Qəzanın səbəbi araşdırılır.




www.anews.az
loading...