Səhiyyə Nazirliyi Bakı şəhəri 4 nömrəli Uşaq Vərəm Sanatoriyasının köhnə binası sökülməklə, onun ərazisində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tendərə yekun verib. Bu barədə tendərlə bağlı rəsmi saytda məlumat yerləşdirilib.
Tenderin qalibi "HİNAL PROJE" MMC-dir.
Qalib şirkətə 127.440 AZN pul ödəniləcək.
Şirkətin qanunu təmsilçisi Əhliman Əliyev Telman oğludur və şirkətin nizamnamə kapitalı 100 manatdır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !