47 şəxs sərhədimizi pozub

16:19 | 14.08.2014
47 şəxs sərhədimizi pozub

47 şəxs sərhədimizi pozub

Axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib2014-cü ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.ANS PRESS-in Dövlət Sərhəd Xidmətinə istinadla verdiyi məlumata görə, bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxla­nılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 4 nəfəri Moldova, 3 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, İran İslam Respublikası və Ukrayna vətəndaşı olub.Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM