5 ayda diri çəkidə ət istehsalı artıb

16:06 | 20.06.2024
5 ayda diri çəkidə ət istehsalı artıb

5 ayda diri çəkidə ət istehsalı artıb

2024-cü ilin yanvar-mayıda quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 0,6 %, yumurta istehsalı 7,1% çox, yun istehsalı isə 2,6 % az olub. Bu barədə Dövlət Komitəsinin hesabatında qeyd olunub. 
 
2023-cü ildə Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 43,5 kq, süd və süd məhsullarının istehlakı isə 258,8 kq olub.

İl ərzində adambaşına üzüm istehlakı 18,5 kq, çay istehlakı 1,3 kq, paxlalıların istehlakı 3 kq, düyü istehlakı 6,4 kq, qənnadı məmulatlarının istehlakı 14,2 kq, şəkər istehlakı 27,5 kq, kərə yağı istehlakı 3,9 kq, bitki yağı istehlakı 8,2 kq, pendir istehlakı 6,1 kq, təzə çörək istehlakı 117,7 kq, yarma istehlakı 2 kq, duz istehlakı isə 5,8 kq təşkil edib.
 
2024-cü ilin yanvar-mayında təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM