6 aylıq körpə ehtiyatsızlıqdan yanaraq ölüb

10:14 | 16.09.2024
6 aylıq körpə ehtiyatsızlıqdan yanaraq ölüb

6 aylıq körpə ehtiyatsızlıqdan yanaraq ölüb

Goranboyda 6 aylıq körpənin azyaşlı qardaşının ehtiyatsız davranmasından yanaraq ölüb. 

Hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.

Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM