6 erməni hərbçisini məhv edən gizir Hüseynov

10:43 | 04.08.2014
6 erməni hərbçisini məhv edən gizir Hüseynov

6 erməni hərbçisini məhv edən gizir Hüseynov

Millət vəkili Qənirə Paşayeva yaralı gizir Yaşar Hüseynova baş çəkib.ANN.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva cəbhə xəttində baş verən atışma zamanı yaranan və Həbi Hospitala yerləşdirilən gizir Hüseynov Yaşar Əhəd oğluna baş çəkib.Bu barədə Facebook sosial şəbəkəsindəki profilində yazan Q.Paşayeva gizir Y.Hüseynovun 6 erməni əsgərini öldürdüyünü və şəhidlərimizin intiqamını aldığını qeyd edib:“Bu gün qospitalda onun əlini sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik”, - deyə millət vəkili yazıb.Qənirə Paşayev gizirimizin yaralı olmasına baxamayaraq düşmənlə sona döyüşməsini böyük şücaət adlandırıb və belə qeyd edib:“Yaralı olmasına baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməyən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki, sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlə. İnşAllah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan. Yaşar qardaşımızdan dualarınızı əksik etməyin”.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM