6 rayonun prokuroru dəyişdirildi

10:48 | 24.11.2014
6 rayonun prokuroru dəyişdirildi

6 rayonun prokuroru dəyişdirildi

Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib.

ANN.Az  APA-ya istinadən xəbər verir ki ,bu haqda məlumat Baş Prokurorluğun mətbuat xidmətindən verilib. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayonun prokuroru, Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb