6 yaşlı əkiz bacı-qardaşı evləndirdilər - VİDEO

17:29 | 26.12.2018
6 yaşlı əkiz bacı-qardaşı evləndirdilər - VİDEO

6 yaşlı əkiz bacı-qardaşı evləndirdilər - VİDEO

Taylandda bir ailə əvvəlki həyatlarında sevgili olduqlarına inandıqları altı yaşlı əkiz uşaqları evləndiriblər.

"Ölkə.Az” xəbər verir ki, hadisə Banqkok şəhərində baş verib. Uşaqlar buddist inancına görə evləndirilib.

Əkizlər 2012-ci ildə anadan olublar və ailə bacı-qardaşın əvvəlki həyatda bir-birlərinə aşiq olduqlarına və dərhal evlənmələrinin vacibliyinə inanırdı.

Buddist inancına əsasən, biri oğlan digəri qız olan əkizlərin evlənə biləcək qədər böyüdükdə həmən evləndirilmələrinin vacibliyinə inanırlar. Əks halda əkizlərin başına gələcəkdə bədbəxt hadisə gələ bilər. Əkizlərin atası Amornsan və anaları Phacaraporn uşaqlar üçün minlərlə funt sterlinq xərcləyib dəbdəbəli toy ediblər.

Toyda ailənin dostları, qohumları və qonşuları iştirak ediblər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb