Bizimyol.info Axşam.az-a istinadən bildirir ki, adıçəkilən ərazidə tək yaşayan 81 yaşlı qadının evindən oğurluq edən şəxs həyatının faciəsi ilə üzləşib.
Belə ki, evə pəncərəni sındıraraq daxil olan Kadir adlı şəxs qadını itələyərək və qızıllarını götürərək evdən qaçmaq istəsə də, buna nail ola bilməyib.
Yaşlı qadın yastığının altında gizlətdiyi tüfənglə Kadirin qarın nahiyəsinə iki güllə vurub. Oğrunu dərhal xəstəxanaya aparıb əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !