9 ayda 41 erkən nikah faktı aşkarlanıb

16:00 | 18.11.2015
9 ayda 41 erkən nikah faktı aşkarlanıb

9 ayda 41 erkən nikah faktı aşkarlanıb


Bu ilin ilk 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, onun 133-ü zorakılıqla bağlı olub. Modern.az saytının məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2010-cu ildən başlayaraq, belə cinayətlərin dinamikasında azalma müşahidə edilir.

A.Adıgözəlov bildirib ki, əvvəlki illərdə uşaqlara qarşı törədilən zorakılıq cinayətləri müəyyən qədər məişət zəminində baş versə də, bu il zorakılıqla bağlı törədilən 133 cinayətin  çox cüzi bir hissəsi- 7-si məişət zəminində olub: 
"Azərbaycan ailələrində bəzi zorakılığa məruz qalan uşaqların nə özləri, nə də valideynləri hüquq-mühafizə orqanlarına müraciət edirlər. Bu da sonda böyük fəsadlara səbəb olur".
İdarə rəisi qeyd edib ki, bu ilin ilk 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb:

"Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda məsuliyyətsizliyi valideynlərdə görürəm". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM