9-cuların nəzərinə: 2 buraxılış imtahanı ilə kolleclərə daxil olacaqlar

12:59 | 22.01.2015
9-cuların nəzərinə:  2 buraxılış imtahanı ilə kolleclərə daxil olacaqlar

9-cuların nəzərinə: 2 buraxılış imtahanı ilə kolleclərə daxil olacaqlar

"Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

 Belə ki, 9 illik təhsil bazasından kolleclərə qəbul olunmaq istəyən cari ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. 9-cu sinfi əvvəlki illərdə bitirib şəhadətnamə ilə kolleclərə qəbul olunmaq istəyən abituriyentlər üçün isə ayrıca qəbul imtahanı keçiriləcək. Buraxılış imtahanları 2 fəndən aparılacaq - Ana dili və riyaziyyat”.

Bunu Modern.az saytına bu il 9-cu siniflərin  buraxılış və kollec imtahanları baradə məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

E. Nağızadə  qeyd edib ki, 9-cu sinifdən kolleclərə qəbul olunmaq istəyən şagirdlər üçün bu il başqa bir yenilik yoxdur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür