95 min ailə İŞİD-dən xilas olmuş şəhərə dönür

12:45 | 12.05.2015
95 min ailə İŞİD-dən xilas olmuş şəhərə dönür

95 min ailə İŞİD-dən xilas olmuş şəhərə dönür

İraqın Ənbar vilayətinin mərkəzi hesab olunan Ramadidən İŞİD-in hücumları səbəbilə paytaxt Bağdada sığınan 95 min ailə evlərinə geri dönməyə başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Bağdad şəhər məclis sədri Riyad el-Addad Ramadidəki döyüşlər səbəbilə 110 min ailənin Bağdada sığındığını xatırladıb və əlavə edib ki, təhlükəsizlik qüvvələri şəhərin bir hissəsini boşaltdıqdan sonra ramadililər öz ev-eşiklərinə dönməyə başlayıblar.

Məclis sədri hazırda Ramadiyə qayıdan ailələrin sayının 95 minə çatdığını bildirib.

İraq prezidenti Heydər əl-İbadi açıqlamalarının birində Ramadinin təhülkəsizliyinin nəzarət altında olduğunu bildirib və İŞİD döyüşçülərinin şəhərdən tamamilə təmizləndiyini deyib.

Ötən ay İŞİD Ramadinin mərkəzini ələ almaq üçün şəhərin şimal bölgəsinə geniş çaplı hücuma başlamış, bundan sonra İraq hökuməti təşkilatın irəliləməsini durdurmaq üçün bölgəyə daha böyük hərbi qüvvələr yollamışdılar.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti