96 yaşlı kişi dünyanın ən qoca məzunu adını qazandı

17:59 | 04.06.2016
96 yaşlı kişi dünyanın ən qoca məzunu adını qazandı

96 yaşlı kişi dünyanın ən qoca məzunu adını qazandı

Yaponiyanın qərbində yerləşən Takamatsu şəhərinin 96 yaşlı sakini Siqemi Hirata dünyanın ən qoca kişi universitet məzunu kimi Ginnesin Rekordlar Kitabına düşüb.

"Report" "RİA Novosti"yə istinasən xəbər verir ki, 1919-cu il sentyabrın 1-də anadan olan S.Hirata 2005-ci ildə, 85 yaşı olarkən poeziya ilə ciddi məşğul olmaq qərarına gəldiyindən Kioto İncəsənət və Dizayn Universitetinə daxil olub. Ali təhsil olcağını bitirmək üçün ona 11 il vaxt lazım gəlib.

Məzun cümə günü evində rekord müəllifi olmasıyla bağlı rəsmi təsdiqedici sənədi alarkən yerli "Kiodo" agentliyinə açıqlama verib: "Xoşbəxtəm. Mənim yaşımda təhsil almaq həmişə əyləncəlidir".

"Növbəti məqsədim 100 yaşa qədər yaşamaqdır. Bu müddətdə yaxşı formada olsam, təhsilimi davam etdirib, elmi dərəcə almaq barədə düşünəcəm", - deyə S.Hirata gülümsəyərək söyləyib.

Qeyd edək ki, onun 2 uşağı, 5 nəvəsi və 4 nəticəsi var.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb