“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib- VIDEO

10:02 | 03.05.2024
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib- VIDEO

“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib- VIDEO

Laçında yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb. Bu barədə "Qaçqınkom”dan məlumat verilib.
 
"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib. Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.

Məlumatda həmçinin vurğulanıb ki, ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.

******
 
 
Laçının Bəylik kənd sakini Abışzadə Aydın püşkatmada ona çıxan evin Laçının Zabux Kənd İcra nümayəndəsi Elsevər Əliyev tərəfindən əlindən alındığını iddia edir. Bu barədə video görüntülər sosial şəbəkədə yayılıb. 

 
O bildirir ki, ayın 26-i Qaçqınkomda püşkatma keçirilib, püşkatma zamanı Laçının Sus kəndində 38№ evdən 3 otaqlı mənzilin sahibi olub.

"Püşatmada ata-baba yurdumdan mənə 3 otaqlı ev düşdü, lakin Laçının Zabux kənd icra nümayəndəsi Elsevər mənə zəng edərək dedi ki, sənə çıxan ev əlindən alınaraq Rusiyada yaşayana verilib. 3 nəfərin bu formada evləri əlindən alınır", - o şikayətində deyib. 
 
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən anews.az-a bildirildi ki, hazırda məsələ araşdırılır. 

 


 Aygün 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb