Ağacan Əbiyev Milli Qəhrəmanın qızına görə Əhməd Vəliyevi qınadı

17:12 | 01.07.2014
Ağacan Əbiyev Milli Qəhrəmanın qızına görə Əhməd Vəliyevi qınadı

Ağacan Əbiyev Milli Qəhrəmanın qızına görə Əhməd Vəliyevi qınadı

Odlar Yurdu Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqına görə dövlət imtahanına buraxılması mətbuatda rezonansa səbəb olub. 
Universitetin rektoru Əhməd Vəliyev isə yayılan xəbərlərlə bağlı bildirib ki, təhsil haqqını ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı yayılan məlumatlar yanlışdır: “Əvvəla onu deyim ki, bizim universitetdə “beynəlxalq münasibətlər” fakültəsinin illik ödənişi 4000 AZN-dir.
Onlar ABU-da “köçürmə” ilə bizə gəldikləri üçün güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarda kəsiri varsa, o zaman onun Milli Qəhrəmanın qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracağam”. 
Sözügedən məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Ağacan Abiyev AzNews.az-a açıqlama verib : “Vətən qarşısında xidmətləri olan insanların övladlarının təhsil haqından azad edilməsi yaxşı olardı. Məsələn, bizdə dövlət ali məktəblərində təhsil alan qaçqın və məcburi köçkünlərə bu imtiyazlar tətbiq eidlir. Amma qanun olmasa belə, özəl ali məktəb rektorları da milli qəhrəman övladlarını təhsil haqqından azad etməlidirlər”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM