• $ 1.7
  • € 1.9737
  • ₽ 0.020885
  • ₺ 0.0405
  • £ 2.2747

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi
21.11.2024 10:24
ABB-nin "Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərçivəsində təklif etdiyi "Zəfər paketi”ni 54 770 müştəri seçib.
Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.
 
İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub.
Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir. YAŞAT Fondu yeni yaradılarkən ABB Fonda ilk ianə göstərən kommersiya qurumlarından olub. Bank YAŞAT Fonduna 1 milyon manat məbləğində ianə edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti iki ildə 10 bərpa olunan enerji stansiyasının istismara verilməsi planlaşdırılır
İqtisadiyyat 15:45
Növbəti iki ildə 10 bərpa olunan enerji stansiyasının istismara verilməsi planlaşdırılır
Azərbaycana ikinci telefonun gətirilməsi baha başa gələcək
İqtisadiyyat 15:32
Azərbaycana ikinci telefonun gətirilməsi baha başa gələcək
Azərbaycanda elektromobillər ƏDV-dən azad ediləcək
İqtisadiyyat 15:23
Azərbaycanda elektromobillər ƏDV-dən azad ediləcək
ARDNF qızıl ehtiyatlarını 38 ton artırıb
İqtisadiyyat 15:17
ARDNF qızıl ehtiyatlarını 38 ton artırıb
Vergi və gömrük gəlirləri dövlət büdcəsinin əsas gəlir mənbəyi olaraq proqnozlaşdırılır
İqtisadiyyat 13:39
Vergi və gömrük gəlirləri dövlət büdcəsinin əsas gəlir mənbəyi olaraq proqnozlaşdırılır
Gələn il orta aylıq əməkhaqqı 69 manat 20 qəpik atracaq
İqtisadiyyat 12:45
Gələn il orta aylıq əməkhaqqı 69 manat 20 qəpik atracaq
Neft və qaz bahalaşıb, ABŞ ehtiyatları azalıb
İqtisadiyyat 09:53
Neft və qaz bahalaşıb, ABŞ ehtiyatları azalıb
Qızıl və gümüşün qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızıl və gümüşün qiyməti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol