Abituriyentlər üçün VACİB XƏBƏR

11:31 | 13.08.2014
Abituriyentlər üçün VACİB XƏBƏR

Abituriyentlər üçün VACİB XƏBƏR

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, abituriyentlər göstərilən vaxta qədər ixtisas seçimini başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. Bu gün saat 10:00-a olan məlumata görə, 8507 abituriyent qəbul olmaq istədiyi ixtisası seçib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM