ABŞ Azərbaycana və Ermənistana silah satılmasının əleyhinədir

22:05 | 26.08.2017
ABŞ Azərbaycana və Ermənistana silah satılmasının əleyhinədir

ABŞ Azərbaycana və Ermənistana silah satılmasının əleyhinədir

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə hücum silahının çatdırılmasını məqsədəmüvafiq hesab etmir.

Virtualaz.org-un məlumatına görə, bunu "Azadlıq" radiosuna müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils deyib.

"ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Qarabağ münaqişəsinin tərəflərinə hücum silahının satışı məqsədəuyğun deyil", - Mils bildirib.

"Bizdə bu məsələ üzrə Rusiya ilə fikir ayrılıqları var", — o vurğulayıb.

Səfir bildirib ki, Ermənistana hərbi sferada kömək göstərərkən, ABŞ arzu edir ki, bu ölkənin Silahlı Qüvvələri erməni xalqının və erməni dövlətinin təhlükəsizliyini təmin edə bilsin.

R.Mils izah edib ki, hərbi sferada erməni-Amerika əməkdaşlığı üç istiqamətə əsaslanır.

Birinci — hərbi sferada maliyyələşdirmə proqramıdır, hansı ki, ona əsasən 2002-ci ildən şəxsi müdafiə vasitələrinin, rabitə və tibbi avadanlıqların alınması üçün Ermənistana $49 milyon verilib,.

İkinci — beynəlxalq maarifləndirici proqramlardır; bunun üçün $7,5 milyon verilib. Bu proqram üzrə Ermənistan Müdafiə Nazirliyinin 200 zabiti, giziri və mülki əməkdaşı ABŞ-ın hərbi institutlarında və akademiyalarında təlim keçiblər.

Üçüncü istiqamət — humanitar köməkdir, hansı ki, Kanzasın Milli qvardiyası ilə birgə reallaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM