ABŞ-dan Türkiyədəki çevrilişə cəhdlə bağlı yanlışlıq…

10:37 | 12.08.2018
ABŞ-dan Türkiyədəki çevrilişə cəhdlə bağlı yanlışlıq…

ABŞ-dan Türkiyədəki çevrilişə cəhdlə bağlı yanlışlıq…

ABŞ-ın Avropa Komandirliyi İncirlik bazasındakı ABŞ hərbçilərinin 2016-cı ilin iyulun 15-də FETÖ terror təşkilatının Türkiyədə hərbi çevriliş cəhdində iştirak etmədiyinə dair yayımladığı açıqlamada yanlışlığa yol verib.
Anews.az Axar.az-a istinadən xəbər verir ki, açıqlamada çevriliş cəhdinin tarixi 2016-ci il əvəzinə 2015-ci il qeyd edilib:
"ABŞ Silahlı Qüvvələrinin xidmətində olan hərbçilərin 2015-ci ilin 15 iyulunda (əslində 2016-cı il qeyd edilməli idi) Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməsi barədə mediada yayılan xəbərlər absurddur”.
Açıqlamada xəbərlərdə adları çəkilən şəxslərin hazırda İncirlik aviabazasında olmadığı bildirilib.
Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də FETÖ terror təşkilatı Türkiyədə hərbi çevrilişə cəhd göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM