ABŞ Ərdoğanın vətəndaşı yumruqlamasını sərt tənqid etdi

13:32 | 20.05.2014
ABŞ Ərdoğanın vətəndaşı yumruqlamasını sərt tənqid etdi

ABŞ Ərdoğanın vətəndaşı yumruqlamasını sərt tənqid etdi

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Soma faciəsinin baş verdiyi ərazidə olarkən insanlardan birini yumruqlaması barəsində yayılan görüntülərə ABŞ-dan sərt cavab gəlib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsu Jen Psaki Ərdoğanın Somada bir şəxsi döydüyünü əks etdirən videoya baxdıqlarını söyləyib: “Etirazçılara qarşı səbəbsiz yerə zor tətbiq olunmasını qınayırıq. Türkiyədəki qanunun aliliyini rəhbər tutaraq onlardan bu məsələ ilə bağlı açıqlama gözləyirik”.Jen Psaki ABŞ-ın Soma faciəsinə görə Türkiyəyə yardım göndərməməsi məsələsinə də münasibət bildirib: “Türkiyə tərəfi mədəndə baş verən hadisə ilə bağlı ABŞ-dan yardım istəməyib. Əgər istəsəydi, ABŞ ora yardım göndərərdi”.Xatırladaq ki, bir neçə gün öncə Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı. Baş nazirin maşını daşa basılıb. Ərdoğan marketlərdən birinə girərək etirazçılardan gizlənib. Bu gün isə baş nazirin sığındığı marketdə bir şəxsi yumruqla vurmasını əks etdirən video internetə yüklənib. Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Son məlumatlara görə, ölənlərin sayı 301-ə çatıbANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb