ABŞ “Günəşli”dəki qəza il bağlı kömək təklif etdi

16:49 | 14.12.2015
ABŞ “Günəşli”dəki qəza il bağlı kömək təklif etdi

ABŞ “Günəşli”dəki qəza il bağlı kömək təklif etdi

ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Energetika Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, A. Hokstayn "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

A.Hokstayn həmçinin qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib:

"ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür