ABŞ-ın 15 ştatı Tramp administrasiyasını məhkəməyə verdi

11:30 | 08.09.2017
ABŞ-ın 15 ştatı Tramp administrasiyasını məhkəməyə verdi

ABŞ-ın 15 ştatı Tramp administrasiyasını məhkəməyə verdi

ABŞ-ın on beş ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almaq cəhdinə görə prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.

anews.az Report-a istinadən xəbər verir ki, baş prokurorlar Nyu-York ştatının Bruklin Federal Məhkəməsində bununla bağlı iddia qaldırıblar.

Onlar təkid edirlər ki, immiqrant uşaqlar üçün təxirə salınmış hərəkət proqramının ("Deferred Action for Childhood Arrivals” - DACA) ləğvi haqqında qərar qeyri-konstitusiondur. Bir halda ki, insanları lazımi məhkəmə təhqiqatında hüquqdan məhrum edir.

Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidenti meksikalılara və Latın Amerikası ölkələrinin vətəndaşlarına qarşı qərəzli münasibətdə ittiham edərək Trampın planlarını "amansız, uzağı görməyən və insafsız” adlandırıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb