ABŞ-ın vitse-prezidenti: "Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına Federal Məhkəmə qərar verəcək"

16:37 | 24.08.2016
ABŞ-ın vitse-prezidenti:

ABŞ-ın vitse-prezidenti: "Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına Federal Məhkəmə qərar verəcək"

Bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse prezidenti Co Bayden deyib

"Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına Federal Məhkəmə qərar verəcək".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden deyib.

Məlumata görə, Co Bayden dövlət çevrilişi cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) bombaladığı Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət edib. O, parlamentin sədri İsmayıl Qəhramanla görüşüb. Daha sonra TBMM-nin terrorçuların atdıqları bombalarla dağılan hissəsinə baş çəkib. 

ABŞ-ın vitse-prezident hazırda Türkiyənin baş naziri Binəli Yıldırımla görüşür. C.Baydenin prezident Rəcəb Tayiyb Ərdoğanla görüşü də planlaşdırılır. Görüşlərdə müzakirə olunan əsas məsələ isə FETÖ-nün ABŞ-da yaşayan başçısı Fətullah Gülənin Türkiyə təhvil verilməsidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb