ABŞ ofşor hesablara qarşı

18:13 | 06.05.2016
ABŞ ofşor hesablara qarşı

ABŞ ofşor hesablara qarşı

Mayın 5-də Birləşmiş Ştatlar ofşor hesablardan qanunsuz istifadəyə qarşı mübarizə məqsədilə bir sıra tədbirlər açıqlayıb. Bu günlərdə mediaya sızmış "Panama sənədləri” dünyanın tanınmış simalarının, siyasətçilərinin sərvətlərini ofşor hesablarda gizlətdiyini üzə çıxarmışdı.

Bundan sonra xüsusi vergi zonalarında yerləşən maliyyə qurumları müştəriləri olan şirkətlərin real sahiblərinin adlarını açıqlamalı olacaqlar. Məqsəd saxta şirkətlərin anonimliyini aradan qaldırmaqdır. Vergidən yayınanlar, narkokartellər məhz bu firmalar vasitəsilə çirkli pulları yuyurlar.

"Panama sənədləri” Mossack Fonseca adlı hüquq firmasının 11 milyon sənədindən ibarət idi. Həmin sənədlərdə Azərbaycanın hakim ailə üzvlərinin də adları keçirdi.

Obama Administrasiyasının qəbul etdiyi qaydaları Konqres də dəstəkləməlidir. Qaydalara görə, banklar, səhm fondları, brokerlər və digər maliyyə vasitəçiləri müştəriləri olan şirkətlərdən faydalananlar barədə şəxsi informasiyanı yoxlamalıdırlar. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb