ABŞ səfirliyi təkzib edir - "Emin Hüseynov bizdə deyil" - Yenilənir

19:25 | 08.08.2014
ABŞ səfirliyi təkzib edir - "Emin Hüseynov bizdə deyil" - Yenilənir

ABŞ səfirliyi təkzib edir - "Emin Hüseynov bizdə deyil" - Yenilənir

ABŞ səfirliyinin mətbuat xidmətindən musavat.com-a rəsmən bildirilib ki, Emin Hüseynov səfirliyin ərazisində deyil, yayılan məlumatların əsası yoxdur.

***

RATİ-nin durektoru Emin Hüseynovun saxlanılması barədə xəbərlər yayılıb.

Hüquq müdafiəçisinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığı deyilir.Lakin hüquq-mühafizə orqanlarındakı mənbə virtualaz.org saytına açıqlamasında E.Hüseynovun saxlanması xəbərinin doğru olmadığını bildirib.Virtualaz.org saytının hazırda RATİ-nin ofisində olan müxbiri xəbər verir ki, E.Hüseynovun telefonuna zəng çatmır: "RATİ əməkdaşlarının onunla telefon əlaqəsi yaratmaq cəhdləri saatlardır ki, nəticəsiz qalıb".Musavat.com-a verilən son məlumata görə, RATİ-nin rəhbəri Emin Hüseynov hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir.

***

17:15

Emin Hüseynov istintaq idarəsinə aparıldı

Az öncə polis tərəfindən saxlanılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb. AzNews.az-ın məlumatına görə, RATİ-nin ofisi hələ də polis nəzarətindədir. Əlavə məlumat veriləcək.

***

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun ofisi polis tərəfindən mühasirəyə alınıb.

Bizimyol.info xəbər verir ki, RATİ əməkdaşlarından biri bildirib ki, binanın ətrafında polis ve mülki geyimli şəxslər var. Digər RATİ əməkdaşı Günay İsmayılova isə öz facebook səhifəsində ofisin polis və mülki geyimlilər tərəfindən mühasirəyə alındığını yazıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM