ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

18:25 | 29.04.2016
ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

Bu məlumatı Bəşşar Əsədə aid silahlı qüvvələrin qərargahı da təsdiqləyib

 ABŞ və Rusiya Suriyanın bir neçə rayonunda atəşkəslə bağlı yeni razılığa gəlib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.


Məlumatı Bəşşar Əsədə aid silahlı qüvvələrin qərargahı da təsdiqləyib.

Atəşkəs rejimi ölkənin Latakiya bölgəsinin şimal hissələrində və Dəməşqin ətraf rayonlarında tətbiq ediləcək. Latakiyada atəşkəs 72 saat, Suriya paytaxtı ətrafında isə 24 saat müddətinə tətbiq olunacaq.

Yeni atəşkəs "problemli vəziyyətləri tənzimləməyə" yardım etmək məqsədi daşıyır.

Atəşkəs bu gecə saat 00.00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Suriyanın ayrı-ayrı rayonlarında intensiv döyüşlər davam edir. Ötən həftə ərzində Hələb şəhərindəki atışmalar nəticəsində 200-dən çox dinc sakin həyatını itirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb