ABŞ vitse-prezidentinin Türkiyəyə səfər proqramı açıqlanıb

10:49 | 23.08.2016
ABŞ vitse-prezidentinin Türkiyəyə səfər proqramı açıqlanıb

ABŞ vitse-prezidentinin Türkiyəyə səfər proqramı açıqlanıb

ABŞ prezidentinin müavini Co Baydenin Türkiyəyə səfər proqramı açıqlanıb.

"Report" Habertürk-ə istinadən xəbər verir ki, səfərinin sonunda onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

Ankaranın Esenboğa hava limanına enəndən sonra Co Bayden Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək, parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək. Görüşdən sonra iyulun 15-də dövlət çevirilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək.

Co Bayden nahardan sonra Türkiyənin baş naziri Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcək.
Prezident iqamətgahında Türkiyə lideri amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı keçiriləcək bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Qeyd edək ki, Co Bayden avqustun 24-də Türkiyəyə səfər edəcək. Elə həmin gün axşam saatlarında onun səfəri başa çatacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti