Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Mehdiabad, Fatamayi, Novxanı, Məhəmmədi, Digah və Görədil kənd və qəsəbələrində davam etdirilib.
Anews.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !