Adalar - İstanbulun şahazadələrə layiq yaşayış məkanı - FOTOLAR

16:47 | 04.08.2016
Adalar - İstanbulun şahazadələrə layiq yaşayış məkanı - FOTOLAR

Adalar - İstanbulun şahazadələrə layiq yaşayış məkanı - FOTOLAR

Rüstəm Qasımov

Dünyanın ən gözəl şəhərlərindən biri olan Türkiyənin İstanbul şəhərinə səyahətimiz davam edir. Əgər siz səs-küylü meqapolisdən yorulmusunuzsa, İstanbulun sizə təklif edəcəyi məftunedici gözəllikdə sakit,dinc bir yer var - Şahzadə adaları. İstanbuldan dənizlə 18-35 km aralıdakı bu adaları yerlilər adətən Adalar kimi adlandırırlar. 

Adalar qrupu 9 adadan ibarətdir. Mənbələrin məlumatına görə, əvvəllər adaların sayı 10 ədəd olub, sonralar zəlzələ nəticəsində onlardan biri su altına gedib və qrupda 9 ada qalıb. Hal-hazırda onlardan sadəcə dördü səyahətə açıqdır: Kınalıada, Burqazada, Heybeliada və Büyükada. 

Sual belədir: nəyə görə adalara Şahzadə adı verilib? Bu tarixin kökləri Bizansa qədər gedib çıxır, hələ Bizans imperiyası dövründə hökmdarların qəzəbinə tuş gələn adamları, adətən saraydan olan zəngin adamları adalara sürgünə göndərirlərmiş. 1453-cü ildə Konstantinopol Osmanlı imperiyası tərəfindən fəth edilib şəhərin adı İstanbula dəyişdiriləndə, türklər də Şahzadə adalarından eyni məqsədlə istifadə etməyə başlamışlar. 

Beləliklə, oxucularımıza bu maraqlı adalar gəzintimizdən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 















































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM